Digər idman növləri
Məmmədyarov Karlsenə məğlub oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Futbolinfo.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun 3-cü turunda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.
Matçın ilk üç partiyası norveçli şahmatçının qələbəsi ilə başa çatdığından sonuncu – 4-cü partiyaya gərək qalmayıb.
Hazırda 3 xalı olan Məmmədyarov turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Təcrübəli şahmatçı növbəti turda hindistanlı Ergaisi Arjun ilə üz-üzə gələcək.
Mükafat fondu 210 000 ABŞ dolları olan turnir noyabrın 20-də başa çatacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub