Dünya futbolu
“Mahir Emreli daim qol vurmalıdır, yoxsa…”
Polşa millisinin sabiq futbolçusu Marek Yovyak “Legiya” komandasının hücum xəttindəki problemləri haqda danışıb.
Futbolinfo.az xəbər verir ki, “Super Express” nəşrinə müsahibə verən keçmiş müdafiəçi, azərbaycanlı hücumçu Mahir Emreli haqda da fikirlərini söyləyib:
“Mahir Emreli uzun müddət sonra “Napoli” ilə oyunda qol vurdu. O, daim qol vurmalıdır, yoxsa nəzərə çarpmayacaq. Ümid edirəm ki, Tomaş Pexart “Legiya”ya kömək edə biləcək. Çünki komandaya standart vəziyyətlər zamanı başla oynamağı bacaran hücumçu lazımdır. Ola bilsin, çexiyalı hücumçu zədədən sonra komandanın oyununa çox şey qatacaq”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…