Ölkə futbolu
Mahir Emreli dönüşünü qolla qeyd etdi
Futbol üzrə Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “İstra 1961” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Mahir də bu görüşün iştirakçısı olub. Zədədən yeni qayıdan futbolçu 81-ci dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Emreli vurub. Millimizin üzvü 88-ci dəqiqədə fərqlənib.
Son Xorvatiya çempionu olan “Dinamo” 3 turdan sonra maksimum nəticə ilə zirvədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?