Dünya futbolu
Mahir Emreli: “Hücumda daha kreativ olmalıyıq”
Milli komandamızın futbolçusu Mahir Emreli “Konyaspor”un durumundan danışıb. Türkiyə Super Liqasında ötən tur debüt edən futbolçu komandanın uğursuzluq zolağından çıxacağına inanır.
Qardaş ölkə mətbuatına açıqlama verən Mahir nəticələrin yaxşılaşması üçün hücum xəttində daha yaxşı işlər görməli olduqları qənaətindədir: “Deməli, yalnız mübarizə aparmaq yetmir. Daha çox çalışıb, mücadilə etmək, eyni zamanda hücumda kreativ olmaq lazımdır. Əlbəttə, hələ də əskiklərimiz var və bunların üzərində işləyəcəyik. Qolların və qalibiyyətlərin gələcəyinə ümid edirəm”.
Xatırladaq ki, Mahirin debüt edib 59 dəqiqə meydanda olduğu ev oyununda “Konyaspor” “Girəsunspor”la qolsuz heç-heçəyə razılaşmışdı. Bu turu buraxacaq komanda martın 17-də “Qalatasaray”ı qəbul edəcək. Konyalılar hazırda 28 xal toplayıb və 19 komanda arasında 9-cudur.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”