Ölkə futbolu
“Mahir Emreli yaxşı formadadır” – Kopiç
Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İspaniya “Sevilya”sı ilə ilk oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, yerli jurnalistlərə açıqlamasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumdan da danışıb:
“Mahir hazırda yaxşı formadadır. Məşqlərdə iştirak edir, öz mövqeyindəki oyunçularla rəqabət aparır. Amma start heyətində kimlərin oynayacağını görüş başlayanda biləcəyik. Daha çox Bruno Petkoviçin ilk “11-lik”də olacağını düşünürəm. Çünki onun hazırlığından razı qaldım. Hamı oyuna hazırdır. Səbirsizliklə qarşılaşmanın başlamasını gözləyirik”.
Fevralın 17-də keçiriləcək “Sevilya” – “Dinamo” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq