Bizi izləyin

Müsahibə

“Mahir “Legiya”ya Avropa futbolunun bir dayanacağı kimi baxır”

blank
blank

“Qarabağ”ın sabiq müdafiəçisi Yakub Jezniçak keçmiş komanda yoldaşı Mahir Emrelinin Polşanın “Legiya” klubuna transferini dəyərləndirib. Matc.az xəbər verir ki, polşalı futbolçu ölkəsinin mətbuatına müsahibəsində bu transferin faydalı olacağına əminliyini vurğulayıb:

  • “Qarabağ”da birgə oynadığınız Mahir Emreli “Legiya”ya transfer olunur. Bu, paytaxt klubu üçün yaxşı bir transferdir?
  • Məncə, çox yaxşı transferdir. Birincisi, Mahir gənc futbolçudur. İkincisi, onun “Legiya”nın oyun üslubuna uyğun futbolçu olduğunu düşünürəm. Çünki “Qarabağ” da Varşava komandası kimi oynayır. Elə onlar da öz liqalarında “Legiya” kimi hegemonluğa malikdir. Düşünürəm ki, dərhal heyətə düşə biləcək və komandanın oyun fəlsəfəsini dərk edəcək bir oyunçudur. “Legiya”ya başqa klublardan və liqalardan gələn oyunçular çox olub. Amma onların əksəri fərqli bir sistemdə hazırlıq keçiblər, oynayıblar. Mahirdə isə belə problem olmayacaq, o, “Legiya”nın oyun üslubuna tez uyğunlaşacaq. Üstəlik, çox güclüdür, sürətlidir, çox yaxşı texnikası və sol ayağı var.
  • Onun Azərbaycanın ən yaxşı futbolçusu olduğunu qeyd etdiniz. Polşa çempionatının da ən yaxşı hücumçusu olacağına dair bir açıqlama verə bilərsən? “Qarabağ” əvvəlki mövsümdə “Legiya”ya 3:0 qalib gəlmişdi…
  • Fikrimcə, bu cür müzakirələrin mənası yoxdur. Mahir “Legiya”da öz keyfiyyətini ortaya qoymalı və qollar vurmalıdır. Emrelinin böyük potensialı var. Mən onun özü ilə də danışmışam. Mahir “Legiya”ya Avropa futbolunun bir dayanacağı kimi baxır. Onun bu cür düşünməsi çox xoşuma gəlir.
  • Onun ən böyük üstünlükləri nələrdir?
  • Sol ayaqla zərbələri. Top onun ayağına düşən kimi tez qapıya zərbə vurmağa çalışır. Və bu zərbələri çox güclüdür. Texnikası da yaxşıdır, rəqiblərindən sıyrılmağı bacarır. Lakin ən böyük üstünlüyü solaxay olması və güclü zərbələridir.
  • Bəs çatışmazlıqları?
  • Hava toplarında və uzun ötürmələrdə bir az problemlər yaşa bilir. Amma bu, mənim “Qarabağ”da oynadığım dövrdə belə idi. Mən oradan ayrılandan sonra komandanın çıxışını izləməmişəm. Hazırda dediyim məqamları düzəldibsə, deməli, heç bir çatışmazlıq yoxdur.
  • Kombinasiyalı oyuna daha çox yararlıdır, yoxsa əks-hücumlarda?
  • Hər iki taktikaya da uyğun gəldiyini düşünürəm. Sürətlidir, açıq sahəyə qaça bilər, amma eyni zamanda kombinasiyalı oyuna da uyğundur. “Qarabağ” özünü Varşavada necə təqdim etmişdisə, komanda şəklində oynamışdısa, öz çempionatlarında da elə çıxış edir. Mahir də texniki cəhətdən yaxşı bir oyunçudur.
  • O, həm də sizin yaxın dostunuzdur. Xaraktercə necədir?
  • İnsanlara çox açıqdır. Azərbaycanda elə bir mədəniyyət var ki, bu insanlar görüşməyi və birlikdə vaxt keçirməyi çox sevirlər. Gənc ikən Fransanın “Lans” klubunun akademiyasında təhsil alıb. O bir müsəlmandır, amma dinə görə narahat olmaz. Özünü kollektivdə asanlıqla tapa bilər. Komandada həm azərbaycanlılarla, həm də legionerlərlə çox yaxşı münasibətləri vardı. Zarafat etməyi bacarır. İngilis dilində çox danışır. Rusca, türkcə də danışa bilir. Fransızca da ünsiyyət qurur, amma “Qarabağ”da bu dildə danışacaq bir adam yox idi. Polşa dilini də tez öyrənə biləcəyinə inanıram. Bildiyimiz kimi, rus dili polyak dilinə bənzəyir. Azərbaycanda oynadığım zaman rus dilində problemim olmadı. Mahirin də Polşada çox şeyi anlayacağını düşünürəm.
  • Həmyerliləri onu burada isti qarşıladılar. Mahir Azərbaycanda çox bəyənilir, yoxsa azərbaycanlıların xasiyyəti belədir ki, tanıdıqları hər adamı belə qarşılayırlar?
  • Hər iki amilin olduğunu düşünürəm. Bu, məni təəccübləndirmir. Çünki Polşada bir neçə azərbaycanlı ilə tanış olmuşam. Sosial şəbəkələrdə onlarla yazışıram, görüşürəm. Azərbaycanlılar çox istiqanlı, tanıdıqları ilə yaxından maraqlanan insanlardır. Digər tərəfdən, Mahir orada ulduz idi və çox populyar bir futbolçudur. O da hamı ilə çox tez əlaqə qurur. Mən Azərbaycana gələndə bir neçə gündən sonra tanış olduq. O və İbrahim Şehiç iki ildə ən yaxşı dostlarıma çevrildi. Xatırlayıram ki, Mahir həmişə çox iddialı idi və uduzanda, zəif matçlar keçirəndə məyus olurdu. Onun “Legiya”da heç bir probleminin olmayacağına inanıram. Bu komandaya tez və asan uyğunlaşacağını düşünürəm.
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm