Dünya futbolu
Mahrezə də yol göründü
Səudiyyə Ərəbisatanına köç edən futbolçuların siyahısına Riyad Mahrez də əlavə oluna bilər. Əlcəzairli cinah hücumçusu bu ölkədən bir neçə təklif alıb.
Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”nin əsas heyətində yerini itirən futbolçuya ən real təklif “Əl Əhli”dən gəlib. İlə 25 milyon funt-sterlinq maaş təklif edilən futbolçu klubunu da varlandıracaq. Təklif qəbul edilsə, “şəhərlilər”ə 30 milyon funt-sterlinq ödəniləcək.
Mahrez Avropada qalmaq istəyir, lakin təklif olunan məbləğ cəlbedici olduğu üçün o düşünmək məqsədi ilə vaxt istəyib. “Mançester Siti” də seçimi futbolçunun ixtiyarına buraxıb.
2018-ci ildə “Lester”dən gələn 32 yaşlı futbolçunun İngiltərə klubu ilə hələ iki illik müqaviləsi var.