Dünya futbolu
“Mançester Siti” qışda transfer etdiyi hücumçusuna qovuşdu
İngiltərənin “Mançester Siti” klubu bu ilin əvvəlində transfer etdiyi Xulian Alvaresə qovuşub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Mançester Siti” gənc futbolçunu bu ilin fevral ayında Argentinanın “River Pleyt” klubundan transfer etmiş və 5.5 illik müqavilə bağlamışdı. Lakin həmin vaxt 22 yaşlı hücumçunun mövsümün sonunadək Argentina təmsilçisində icarə əsasında oynamağa davam edəcəyi açıqlanmışdı.
Alvares “River Pleyt”də 122 oyuna 54 qol vurub, 29 məhsuldar ötürmə müəllifi olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir