Dünya futbolu
Matiç milli komandadan getdi
İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Nemanya Matiç Serbiya yığmasındakı karyerasını bitirməyə qərar verib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, Serbiya Futbol Federasiyasını da məlumatlandırıb.
Federasiya futbolçunu fikrindən daşındırmağa çalışsa da, 32 yaşlı Matiç qərarından məmnun olduğunu bildirib.
Bundan başqa, ona digər variant – növbəti il keçiriləcək Avropa çempionatından sonra millidən ayrılmaq təklif edilib. Onun bu təklifə də müsbət yanaşmadığı bildirilir.
Matiç Serbiya millisində iştirak etdiyi 48 oyunda 2 qolla yadda qalıb. O, “Qarabağ”ın futbolçusu Uroş Matiçin qardaşıdır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…