Müsahibə
Medina Kolumbiya yığmasını arzulayır
“Qarabağ”ın futbolçusu Kevin Medina İtaliya mətbuatına açıqlama verib. TMW radiosuna danışan kolumbiyalı “Qarabağ”da xoşbəxt olduğunu deyib:
“Bəzi klubların mənimlə maraqlandığını bilirəm. Amma gələcəkdə nə olacağını bilmirik. Gözləməliyik. Böyük liqalarda reallaşdırmaq istədiyim arzularım var. Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinə kömək etmək və Kolumbiya millisində oynamaq arzumu həyata keçirmək istəyirəm”.
Medina hansı liqada oynamaq istədiyini də deyib: “İngiltərə, Almaniya və ya İspaniya. Bütün rəqabətli liqaları sevirəm. Amma düşünürəm ki, İtaliya çempionatına uyğunlaşa bilərəm. Sürətli mərkəz müdafiəçisiyəm. 4 və 3-lü müdafiə sistemində oynamağa öyrəşmişəm”.
2020-ci ildən “Qarabağ”ın formasını geyinən Kevin Medinanın “atlılar”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…