Dünya futbolu
Messi daha bir turu buraxacaq
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“İnter Mayami”nin futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt məlumdur. Argentinalı hücumçunun oktyabrın 8-də “Çinçinnati” ilə görüşdə meydana çıxacağı gözlənilir.
Futbolinfo.az xəbər verir ki, MLS-də 4 turu, eləcə də kubokun finalını buraxan Messi oktyabrın 5-də “Çikaqo Fayr”la matçda da forma geyinməyəcək.
36 yaşlı hücumçu “İnter Mayami”də 12 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun çıxış etdiyi matçlarda komandası uduzmayıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)