Dünya futbolu
Messi və ərəblər razılaşdılar
Lionel Messi yayda transferi ən çox müzakirə edilən futbolçu olacaq. Hələ mövsüm başa çatmayıb, amma argentinalı haqda müxtəlif şaiyələr dolaşır.
Futbolinfo.az xəbər verir ki, PSJ-dən ayrılacağı şübhə doğurmayan futbolçu “İnter Mayami” və “Barselona”nın əsas transfer hədəfidir. MLS klubu Messinin ürəyincə deyil, İspaniya nəhənginin təklifi isə cəlbedici görünmür, maliyyə problemləri olan klubun daha yaxşısını etməsi mümkün deyil. İndiki vəziyyətdə ən sərfəlisi Səudiyyə Ərəbistanından gələn dəvətdir.
Lakin Leo Avropada oynamaq, Çempionlar Liqasında çıxış etmək istəyir. Bu səbəbdən ərəblərin təklifi arxa plana atılıb. Xarici mətbuatın yazdığına görə, “Əl Hilal” 400 milyon avroluq ilk təklifi illik yarım milyard avroya yüksəldib. Messi isə bir ay möhlət istəyib. Argentinalı eyni zamanda bu klubun rəhbərliyiilə centlmen razılaşması bağlayıb – Avropa klublarından ciddi təklif almasa, Səudiyyə Ərəbistanına yollanacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”