Digər idman növləri
MHL-də yarımfinal cütlükləri müəyyənləşdi
Milli Hokkey Liqasında play-off seriyasının 7-ci oyunu keçirilib. Dallasda “Amerikan Eyrlayns Sentr”də “Stars” “Sietl Kraken”i qəbul edib. 261 hesabı ilə qələbə qazanan ev sahibləri Stenli kubokunun yarımfinalına vəsiqə qazanıblar.
Yarımfinalda Dallas klubunun rəqibi ¼ finalda “Edmonton”u mübarizədən kənarlaşdıran “Veqas” olacaq. Digər yarımfinal seriyasında “Karolina” və “Florida” qarşılaşacaq.
Xatırladaq ki, Stenli kubokunun son qalibi “Kolorado Evelanş”dır. Bu komanda ilk mərhələdə “Sietl”ə məğlub olmuşdu.
Yarımfinal seriyalarına mayın 19-da Şərq konfransının oyunu ilə start veriləcək. Həmin gün Karolina komandası floridalıları qəbul edəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”