Dünya futbolu
“Milan” Hakan Çalhanoğlunu itirdi
“Milan”ın türk yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Seltik”lə matç öncəsi məşq zamanı zədə alıb.
Onun təxminən 7-10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, Hakan Şotlandiya təmsilçisi ilə görüşü, həmçinin A seriyasında “Roma” və “Udineze” ilə qarşılaşmaları buraxacaq. 26 yaşlı futbolçunun Avroliqada “Slaviya”ya qarşı oyunu buraxması da istisna edilmir.
Qeyd edək ki, sabah keçiriləcək “Seltik” – “Milan” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”