Dünya futbolu
“Milan” Menyanın maaşını artıracaq
“Milan” qapıçısı Mayk Menyanla yeni müqavilə bağlamağın astanasındadır. Tərəflər oktyabrın sonunadək anlaşmanı rəsmiləşdirmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, klub Fransa millisinn qolkiperindən razıdır. Qapıçı özü də “Milan”da xoşbəxtdir və digər təklifləri nəzərdən keçirmək belə istəmir. Detallar razılaşdırıldıqdan sonra 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanacaq.
“Rossonyerlər” futbolçunun illik 2,8 milyon avroluq maaşını bir o qədər də artırmaq istəyir. Menyanın menecerləri isə 6-7 milyon avroluq tələblə çıxış edir.