Dünya futbolu
“Milan”dan “Nitsa”ya
“Milan” Fode Ballo-Tureni satmağa çalışır. “Rossonyerlər” ümidləri doğrultmayan seneqallını göndərmək üçün variantları dəyərləndirir.
Futbolinfo.az xəbər verir ki, iki il öncə “Monako”dan alınan sol cinah müdafiəçisinin Fransaya dönmək ehtimalı var. “Nitsa” 26 yaşlı oyunçu üçün 3-4 milyon avro ödəməyə razıdır. “Milan”ın ayın sonuna kimi bu təklifə müsbət cavab verəcəyi gözlənilir.
“Bolonya” da Ballo-Tureni istəyir. Lakin “rossonyerlər” futbolçunu icarə göndərmək niyyətində deyil. İki illik müqaviləsi qalan Fode bu yay mütləq satılacaq.
Bu arada “Milan” “Vulverhempton”dan ayrılan Adama Traoreni azad agent kimi heyətinə qatmaqdan imtina edib.