Milli komanda
Millimizin Şimali Makedoniya ilə oyunu albanlara tapşırıldı
Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun təyinatları bəlli olub.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Enea Yorqyiyə İlir Tartaray və Doyando Miftari laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Şimali Makedoniyadan olan Yovan Kaçevski yerinə yetirəcək.
Noyabrın 20-də Skopyedəki “Todor Proeski Milli Arena”sında baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. Azərbaycan yığması bu gün Kişinyovda Moldova yığması ilə də qarşılaşacaq.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”