Digər idman növləri
Millimizin üzvü Yunanıstan çempionu oldu
Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko Yunanıstan çempionu olub. Futbolinfo.az xəbər verir ki, o, bu uğura şərəfini qoruduğu “Panatinaikos”la imza atıb.
Stepanenkonun komandası finalda “Olimpiakos”u məğlub edib. Hücumçu 11 ildən sonra qazanılan bu qələbə ilə bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə təəssüratlarını bölüşüb:
“Yunanıstan çempionu titulunu qazandığımıza görə çox şadam. “Panatinaikos” 11 il idi ki, çempion adını qazana bilmirdi. Bu qələbə komandamız üçün tarixi hadisə oldu. Düşünürəm ki, bu tarixi biz yazdıq. Qələbədə mənim də payım olduğu üçün xoşbəxtəm. Ümumiyyətlə, çempionatımız çox maraqlı oldu. Qızıl medal qazanmaq üçün çox çalışdıq. Final seriyasında “Olimpiakos” klubu ilə 5 dəfə qarşılaşdıq. 2:2 hesablı bərabərlikdən sonra 5-ci matçda 3:1 hesabı ilə qalib gəldik. Uzun müddətdən sonra “Panatinaikos” ölkə çempionu titulunu qazandı. Bu gözəl qələbə münasibəti ilə komanda yoldaşlarımı və klubumuzun bütün əməkdaşlarını təbrik edirəm”.
Qeyd edək ki, millimizin hücumçusu daha öncə “Panatinaikos”la ölkə kubokunu da qazanıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub