Ölkə futbolu
Mingəçevirdə yeni məşq meydançası – sentyabrda hazır olacaq
Mingəçevirdə süni ot örtüklü məşq meydançası quraşdırılacaq. Bununla bağlı Yaşar Məmmədzadə adına şəhər stadionun ərazisində işlər görülür.
Meydançada drenaj xəttinin qurulması, su rezervuarlarının və nasosxananın tikilməsi, həmçinin suvarma sisteminin çəkilməsi nəzərdə tutulub. Meydançada artıq işlər başlanılıb və sentyabr ayına qədər yekunlaşması ehtimal edilir.
“Mingəçevir”in aşağı yaş qruplarından ibarət komandaları da məşqlərini burada keçəcək. Lazım olacağı halda, əsas komanda Divizionda rəqiblərini bu arenada qəbul edə biləcək. “Mingəçevir” klubunun mətbuat katibi Elnur Qasımovun sözlərinə görə, bu meydançanın inşa olunması əsas meydançaya düşən yükü bir az da olsa, azaldacaq.
Qeyd edək ki, standart ölçülərə malik meydançanın uzunluğu 105, eni isə 68 metrdir. Futbol infrastrukturunun inkişafı məqsədilə ilə həyata keçirilən layihə AFFA tərəfindən icra olunur.
BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”