Layihə
Mingəçevirdə yetişən gələcəyin çempionları
Tahir Mikayılllı 9 ildir üzgüçülüklə məşğul olur. O, son olaraq yeniyetmələr arasında keçirilən respublika çempionatında rəqiblərini arxada qoyaraq qalib olmağı bacarıb. 16 yaşlı üzgüçünün ən böyük arzusu gələcəkdə ölkəmizin ən yaxşı idmançılarından biri olmaqdır.
Mingəçevirdədə üzgüçülüyün inkişafı istiqamətində əməli addımlar atılır. “Kür” Olimpiya İdman Tədris Kompleksində məktəblilər arasında üzgüçülük məşğələləri, eyni zamanda yarışların təşkili bu növə marağı artırıb. Buraya gələn uşaq və yeniyetmələrdə üzgüçülüyü çox sevdiklərini və gələcəkdə bu idman növü ilə peşəkarcasına məşğul olmaq istədiklərini bildirdilər.
Mingəçevir komandasının baş məşqçisi Xəqani Mikayılov üzgüçülüyün şəhərdə populyar idman növlərindən biri olduğunu və son illər üzgüçülüyə marağın artdığını bildirdi.
Qeyd edək ki, “Kür” Olimpiya Tədris İdman Mərkəzində üzgüçülük üzrə iki yaş qrupunda məşqlər keçirilir.Burada 100-dən çox uşaq və yeniyetmə bu idman növünün sirlərinə yiyələnir.
Onu da bildirək ki, gələn ay Mingəçevirdə həvəskar arasında üzgüçülük üzrə rayon birinciliyinin keçirilməsi nəzərdə tutulub.
BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu