Ölkə futbolu
Mirabdulla “Bakcell Arena”dakı oyunlara başqa həvəslə hazırlaşır
“Səbail”in hücumçusu Mirabdulla Abbasov üçün növbəti turda qarşılaşacaqları “Neftçi” ilə matçın fərqli özəlliyi yoxdur. Bu klubdan Bayıl təmsilçisinə gələn forvard, futbolinfo.az-a açıqlamasında paytaxt derbisinə sıradan oyun kimi hazırlaşdıqlarını deyib.
Abbasov mövsümdə ilk qolunu son turda vurdu. O, yetirməsi olduğu komandayla oyun öncəsi bunu hansısa əlamət hesab etmir: “Mənim üçün rəqibin kimliyinin önəmi yoxdur. Hansısa prinsip də aparmıram. Şans veriləcəyi təqdirdə, bu görüşdə də maksimum gücümlə mübarizə aparmaq istəyirəm”.
Mirabdulla “Bakcell Arena”ya dönəcəyinə görə məmnundur: “Bakcell Arena” mənə çox doğmadır. Ümumiyyətlə, Azərbaycanda ən çox bəyəndiyim stadiondur. Oradakı qarşılaşmalara başqa həvəslə hazırlaşıram. Məhz “Neftçi”yə qarşı oyun olduğuna görə yox, bu stadionu sevdiyim üçün”.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”