Ölkə futbolu
“Misli”siz Premyer Liqa?!
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılacaq. Avqustun 4-də start götürəcək çempionatın ilk turunda qarşılaşacaq rəqiblər saat 15:00-da start götürəcək tədbirdə müəyyənləşəcək, daha sonra tam təqvim dəqiqləşəcək.
Hələliksə bəlli olan yeni mövsümün sponsorunun olmamasıdır. Ötən çempionata birillik müqavilə bağlayaraq adı verilən “Misli” ilə yeni anlaşma əldə olunmayıb. Peşəkar Futbol Liqası (PFL) hazırda həm bu şirkətlə, həm də digərləri ilə danışıqlar aparır. Lakin yarışın startına iki həftə qalarkən heç kimlə rəsmi müqavilə bağlanmayıb.
Vəziyyətlə maraqlanmaq üçün PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevlə əlaqə saxladıq. O, futbolinfo.az-a açıqlamasında püşkün sponsorsuz atılacağını təsdiqlədi: “Püşkatma mərasimində Premyer Liqa sponsorsuz, yəni Azərbaycan Premyer Liqası kimi təqdim olunacaq. Buna səbəb “Misli” ilə müqavilənin bitməsi və danışıqların davam etməsidir. Bir neçə şirkətlə danışıq aparılır. Amma yenə də ən böyük şans “Misli”dədir. Çempionatın startınadək hər şey bəlli olacaq. Daha dəqiq desək, çempionatın sponsoru mütləq olacaq. Sadəcə, püşkatmayadək bilinməyəcək”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO