Digər
MOK-un yubileyi: yeni layihəyə start verildi – VİDEO
Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində “Azərbaycanın Olimpiya Odisseyası” adlı layihə yenidən start götürüb. Azərbaycanın bölgələrində keçiriləcək tədbirə Azərbaycan Milli Olimpiya Akademiyası və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi təşkilatçılıq edir.
Layihə çərçivəsində növbəti görüş Mingəçevir şəhərində təşkil olunub. Mingəçevir şəhər Rayon İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Olimpiya çempionu Toğrul Əsgərov, şəhər ictimaiyyətinin nümayəndələri, fəal gənc və yeniyetmələrin iştirak etdiyi görüşdə belə tədbirlərin sağlam həyat tərzinin təbliğini aşılamaq baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb.
Qeyd olunub ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində Azərbaycanın Olimpiya Odisseyası layihəsinin keçirilməsində əsas məqsəd Olimpiya çempionları ilə yeniyetmə və gənclərin birbaşa ünsiyyətini təşkil etmək, narkotik vasitələr və psixatrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırış etmək, hər bir yaş kateqoriyasına görə idmanın təbliğini aparmaq, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyasını təşkil etmək, həmçinin ölkəmizdə Olimpiya prinsip və dəyərlərinin təbliğ edilməsindən ibarətdir.
Daha sonra Olimpiya çempionu Toğrul əsgərova həsr olunan olunan “ƏrToğrul” filmi izlənilib. Olimpiya çempionu görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Səmimi şəraitdə keçirilən görüşün sonunda xatirə fotosu çəkilib.
BƏHRUZ MUSAYEV, Mingəçevir
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”