Ölkə futbolu
Mutunun “Neftçi”də reallaşmayan ilk arzusu
“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu komandasına güclü futbolçular cəlb etmək üçün danışıqları intensivləşdirib. Ancaq rumıniyalı mütəxəssisin transfer siyahısında olan oyunçuların heç də hamısı Azərbaycana gəlməyə müsbət yanaşmır.
Futbolinfo.az saytı xəbər verir ki, Mutunun sərəncamında görmək istədiyi oyunçulardan biri də Estoniya millisinin mərkəz müdafiəçisi Conas Tamm idi. Rumıniya klubu “Styaua”dan ayrılan 31 yaşlı oyunçunun azad agent kimi keçidini reallaşdırmaq olardı. Ancaq Tamm “Neftçi”nin təklifini qəbul etməyib.
Onun yeni klubu da artıq məlumdur. Estoniyalı təcrübəli oyunçu Bolqarıstana köçməyi üstün tutub. Çünki o, “Botev”lə müqavilə imzalayıb.