Ölkə futbolu
Namiq Cəfərovdan 5-ci dünya çempionluğu
Rusiyanın paytaxtı Moskva şəhərində 29 ölkənin 4000-dən çox idmançısının çıxış etdiyi “Wrpf” üzrə 9-cu dünya çempionatı keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu mötəbər güc idman növləri üzrə keçirilən yarışda ölkəmizi federasiyanın vitse prezidenti Namiq Cəfərov güc idman növlərindən olan “Strict curl” hərəkətində 40-49 yaş kateqoriyasında 74 kq çəkini qaldıraraq həm qalib olub, həm də dünya rekorduna imza atıb.
Qeyd edək ki, N.Cəfərov idman karyerasında 5-ci dəfə dünya çemionu olub.