Dünya futbolu
“Napoli” seçim edir
“Napoli” tezliklə yeni baş məşqçisini seçəcək. A Seriyasının son turunda “Empoli”yə 0:1 hesablı ev məğlubiyyəti Rudi Qarsiyanın istefaya göndərilməsini qaçılmaz edib.
Futbolinfo.az xəbər verir ki, son İtaliya çempionunun baş məşqçi postuna bu yay keçən fransalı Luçano Spalettinin uğurlarını davam etdirə bilmir. Komandanın qeyri-sabit oyunu rəhbərliyin çıxış yolunu Qarsiyanı qovmaqda görməsinə şərait yaradıb.
Hazırda yeni baş məşqçi olmağa iki əsas namizəd var. Valter Matsarri ilə danışıqlar davam edir. Onunla anlaşmaq mümkün olmasa, neapollular daha öncə anlaşmağa çalışdıqları İqor Tüdora dönəcək. Xorvat çalışdırıcı ilə ilk görüş onun azı iki illik müqavilə tələb etməsi üzündən müsbət yekunlaşmamışdı. “Neapol” rəhbərliyi yalnız bu mövsümün sonuna kimi işləyəcək məşqçi axtarır.
Son olaraq “Kalyari”də işləyən və ötən ilin mayında istefaya göndərilən Matsarri karyerasına məh “Napoli”də başlayıb. 1998-99-cu illərdə Neapol klubunda köməkçi məşqçi olan Valter, 2009-13-cü illərdə komandaya baş məşqçi kimi qayıdıb. Tudor isə bu yay Marsel “Olimpik”indən istefa verib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”