Dünya futbolu
Naqelsmann istefaya göndərilməyəcək
“Bayern” Yulian Naqelsmannın istefaya göndəriləcəyi ilə bağlı xəbərləri təkzib edib. Münhen klubu 35 yaşlı mütəxəssislə yola davam etmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, komanda Çempionlar Liqasında inamla irəliləyir. 1/8 finalın ilk oyununda səfərdə PSJ-nin məğlub edilməsi də buna nümunədir. Lakin Bundesliqada vəziyyət fərqlidir. Yeni ildə ardıcıl uğursuz oyunladan sonra rəqibləri “Bayern”ə çatıb və hazırda zirvəyənin 3 şəriki var. Elə bu səbəbdən Naqelsmannın qovulması barədə ehtimallar ortaya çıxıb.
Klub rəsmiləri isə belə xəbərləri yaxın buraxmır. Onlar gənc mütəxəssislə böyük bir layihənin başında olduqlarını, işbirliyini uzun müddət davam etdirəcəklərini bildirirlər.
Xatırladaq ki, 2021-ci ilin yayından “Bayern”i çalışdıran mütəxəssisin klubla müqaviləsi 3 ildən sonra başa çatacaq.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”