Bizi izləyin

Ölkə futbolu

Narazıların könlünü almaq üçün BƏYANAT: AFFA haqlı etirazlar üzündən geri çəkildi

blank

Aylardı, illərdi yazırıq, amma görməzdən gəlir, qulaqardına vururlar. Stadionlarda böyük qalmaqallar yaşanmadan, qan çıxmadan, kimsə ölmədən ölçü götürmək istəyən yoxdu. Sanki narazılığın böyüməsini, iğtişaşlar yaranmasını istəyirlər.

AFFA arzusuna çatdı. Cəzasızlıqdan harınlayan, mövsüm boyu kiminsə haqqını yeməkdən qorxmayan hakimlər nəhayət, “cinayət başında” tutuldu. Vüqar Həsənlinin rəhbərlik etdiyi briqada “Sabah” – “Neftçi” görüşündə əndazəni aşınca ortalıq qarışdı. Meydan sahiblərindən 4 nəfərin qırmızı, ümumiyyətlə, 16 nəfərin vərəqə aldığı görüş böyük ajiotaja səbəb oldu. Baş hakimin idarəçiliyi bacarmaması, bəlkə də qərəzi üzündən rahat qələbə qazandığı görüşdə “Sabah”ın ardıcıl zərbələr alması vəziyyəti dəyişdi, sonda iki klubun nümayəndələrinin az qala əlbəyaxa olmasına gətirib çıxardı.

Məsələ o qədər ciddidi ki, AFFA dünən tələsik bəyanat yayıb, məsələnin araşdırılacağını elan etdi. Mövsüm boyunca fərqli məşqçilər hakimlərin bərbad idarəçiliyinə üsyan edir, mətbuat konfranslarında dilə gətirirdilər. Aftandil Hacıyev, Ayxan Abbasov, Elmar Baxşıyev, ən sonda da Qurban Qurbanovun açıqlamaları vecə alınmırdı, amma canlı yayımda AFFA-nın qarapaltarlılarının rəzil idarəçiliyi ifşa olunduqdan sonra qurum olayı sakitləşdirmək üçün əməli addım atmalı oldu.

Elxan Məmmədovda tənqidlərə, haqlı etirazlara immunitet yaranıb. AFFA-nın icraçı vitse-prezidenti o qədər arxayındı ki, hətta ciddi narazılıqları da vecinə almır. Hamilərinin onu qoruyacağını bildiyindən azarkeşlərin, ictimaiyyətin fikirlərinə önəm vermir.

Cəzasızlıq mühiti bu adamı rahatlaşdırıb, özündənrazılığını artırıb. Ona görə də milli komandanın biabırçılıqlarını, ölkə çempionatının rəzil durumunu, uşaq futbolunun məhv olmasını adi hal kimi qəbul edir, yuxarıları da buna inandırır. Kimsə də futbol təsərrüfatına ayrılan yüzmilyonların hesabatını istəmir. İnkişaf üçün ümid yoxdursa, qalstukundan sallanan bu bəy niyə hələ də postundadı, nəyə görə dövlət vəsaiti havaya sovrulur?

Əslində, ölkə futbolunun böyük potensialı var, sadəcə, BAŞLAR yerində deyil. Elxan Məmmədov mutasiya olunmuş virus kimidi, futbolun canına daraşıb, çarəsi tapılmır. Onu kənarlaşdırıb, işi bilən adamları təyin etməklə bütün problemləri qısa müddətdə həll etmək mümkündü. Ancaq arxalı adam olan bu zatın şəxsi maraqları hər şeydən vacib bilinir, azarkeşlərin əsələriylə oynanılır. Bütün futbol təsərrüfatı bir nəfərin ambisiyalarına, kabinet oyunlarına qurban verilir.

Bu rahatlıqla narazıları “müxalifətçi” adıyla damğalayan, yuxarılara yalançı raportlar verən vitse-prezident srağagünkü olaydan sonra çətin vəziyyətə düşüb. Çünki indi narazılıq edən hansısa məşqçi deyil, biabırçılığı canlı yayımda hamı izləyib, hansı ssenarilərin qurulduğunu görüb. Və təzyiqlər hər şeyi yola verməyə öyrəşən Məmmədovun kreslosunu laxladıb, o da ciddi tədbir görüləcəyi ilə bağlı bəyanata əl atıb.

Bildiyimizə görə, “Sabah”ın sponsorlarının ciddi narazılığı Elxan bəyin kürkünə birə salıb. Bu insanların nüfuzuyla oynadığı canlı yayımda isbatlanan AFFA-nın narahatlığı da qapazdan qorxmasındadı. Yaxın saatlarda hakimlərlə bağlı ölçü götürüləcək və klublar da gözdən pərdə asmaq üçün müəyyən cəzaya məruz qoyulacaq.

İndiyə kimi iyrənc planları xəlvətdə reallaşdıran, biabırçılıq efirə çıxdıqdan sonra isə tədbir görməyə məcbur qalan AFFA rəhbərliyinin verəcəyi para cəzası formallıq olacaq. Çünki klublardan cərimələri toplamaq mümkün deyil. Və bunun da günahkarı assosiasiyadı. Klublara borcu olan qurum cərimələri həmin məbləğdən çıxır, hansısa vəsaitə iddia edə bilmir.

Premyer Liqanın yayım hüququnu hiyləylə ələ keçirmiş “CBC Sport” buna görə klublara müəyyən məbləğ ödəməlidi. Lakin illərdi kimsəyə pul verilmir, oyunlar dədə malıymış kimi göstərilir. Əvəzində klublar AFFA-ya rüsum və cərimələri ödəmir, həmin vəsaitlə kompensasiya edilir. Axı, sözügedən telekanal da AFFA-nındı, bir cibdən maliyyələşir.

Hazırda ən maraqla gözlənən hakimlərin hansı cəzanı alacağıdı. Həsənlinin briqadası o qədər bərbad idarəçiliklə yadda qaldı ki, ciddi cəzası olmalıdı. Və bu cəza AFFA Hakimlər Komitəsinə sillə olmalıdı. Komitə sədri Frits Stuxlik gəldiyi gündən hakimlərin cəzalandırılmasının əleyhinə olduğunu bildirib və heç vaxt kiminsə diskvalifikasiyasını elan etməyib. Elə bu cəzasızlıq mühiti hakimlərin belə hoqqa çıxarmasına səbəb olub.

Xatırladaq ki, 2:2 hesabıyla bitən “Sabah” – “Neftçi” matçında baş hakim Vüqar Həsənli “Sabah”ın üç futbolçusuna, bir məşqçisinə qırmızı vərəqə göstərib, meydan sahiblərinin qapısına iki mübahisəli penalti təyin edib, “Neftçi”nin təmiz qolunu saymayıb.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə kuboku2024-04-24 17:02

“Qəbələ” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Ölkə futbolu2024-04-24 10:00

Samir Abasov Xaviylə görüşə gedib

blank
Dünya futbolu2024-04-24 09:42

Qrimaldo İspaniyaya qayıtmaq istəyir

blank
Dünya futbolu2024-04-24 09:27

Çempionlar Liqası: “Əl Hilal”ı finala buraxmadılar

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm