Ölkə futbolu
“Neftçi” bürünc medalçı oldu – növbəti 4 oyun formal xarakter daşıyacaq
“Neftçi” üçün mövsüm bitdi. Misli Premyer Liqasının cari mövsümünün bitməsinə 4 tur qalsa da, bakılıların yeri bəllidir.
Futbolinfo.az xəbər verir ki, “Neftçi” “Qarabağ”a uduzmaqla (2:4) 2-ci pilləyə yüksəlmək şansını itirdi. “Sabah”la 13 xallıq fərqi 4 turda aradan qaldırmaq mümkünsüzdü. Maraqlıdır ki, Laurentsiu Regekampfın yetirmələri izləyicisi olan “Qəbələ”dən də 13 xallıq məsafədədir. Bu, bakılıların bürünc medallara sahib olması deməkdir.
Zirvədə yeganə intriqa çempionluqla bağlıdır. Lakin “Qarabağ” 7 xallıq üstünlüyü çətin ki, əldən versin. “Sabah” mövsümü böyük ehtimalla gümüş medalçı kimi başa vuracaq.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”