Ölkə futbolu
“Neftçi” ilə anlaşa bilmədi – İsrailə qayıdır
Ceyms Adeniyi “Qəbələ”ni tərk edir. Ötən mövsüm İsraildə icarədə çıxış edən, yayda müqavilə ilə bağlı olduğu təmsilçimizə qayıdan nigeriyalı yenidən Kiryat Şimona “Hapoel”inə qayıdır.
Bölgə təmsilçisi Ceymsin gedişinə görə qazanc əldə etməyəcək. Adeniyinin yayadək müqaviləsi qalsa da, “Qəbələ” yüksək ödənişli hücumçudan canını qurtarmaqla büdcəsinə qənaət etmək niyyətindədi.
Nigeriyalı bir müddətdi “Neftçi”ylə danışıq aparırdı. Amma bakılılar yüksək maaş tələb edən forvardla razılığa gələ bilmədi. Belədə 28 yaşlı Ceyms yenidən İsrail çempionatında çıxış etməyi məqsədəuyğun bilib.
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-08 18:55
“Qəbələ” futbolçuları Gəncədə döyüldü
- Ölkə futbolu2024-05-08 20:41
PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı