Müsahibə
“Neftçi” ilə ”Kəpəz” arasında böyük prinsipiallıq var”
“Kəpəz”in gürcüstanlı futbolçusu Mixeil Erqemlidze klubun mətbuat xidmətinə müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, hücumçu ilk oyunu, qolu və Gəncə haqda fikirlərini bölüşüb:
- Əvvəlcə çempionatdakı ilk oyunla bağlı fikirlərini öyrənmək istərdik…
- “Zirə”yə qarşı oyun pis alınmadı. Fikrimcə, məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdik, yalnız sonuncu dəqiqədən başqa. Hələ özümü daha yaxşı tərəfdən göstərmək imkanımız olacaq.
- Qələbə də qazana bilərdik, elə deyilmi?
- Bəli, bəli. Mənim, Rauf Əliyevin fərqlənmək üçün imkanlarımız oldu. Hətta qol da vurduq, amma ofsayd olduğundan hesaba alınmadı.
- Sizin qolunuz baxımlı alındı. Oyundan əvvəl fərqlənəcəyinizi düşünmüşdüz?
- Düzünü deyim ki, hə. Məşqçi və komanda yoldaşlarım oyundan əvvəl yaxşı motivasiya vermişdilər. Düşünürəm ki, qollarımın davamı olacaq.
- Növbəti oyun “Neftçi” ilə olacaq.
- Ciddi hazırlaşmışıq, azarkeşlərimizi sevindirmək üçün hər şey edəcəyik. Bu oyunu tarixi derbi adlandırırlar və bilirəm ki, arada böyük prinsipiallıq var.
- Azarkeşlərdən söz düşmüşkən, onlar haqda nə deyə bilərsiz?
- Azərbaycanda ən güclü azarkeş bizimkidir. Dəstəyə görə onlara minnətdarıq. Mehriban kollektimiz var. Hamı bir-birinə ailədə olduğu kimi diqqətli davranır.
- Gəncə necədir, xoşunuza gəlir?
- Əla şəhərdir. İnsanları çox xeyirxahdırlar. Hələ harasa gedə bilməmişik. Mərkəzdəki parkda olmuşuq, xoşumuza gəldi.
- Doğma meydanda oynamamağımız sizə necə təsir edir?
- Ev yox, səfər komandası kimi oynamaq məcburiyyətindəyik. Bu da pisdir. Gəncədə oynasaq, daha yaxşı nəticələr əldə edə bilərik.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”