Ölkə futbolu
“Neftçi” “Keşlə” ilə matçın hazırlığını yekunlaşdırdı
“Neftçi” Premyer Liqanın 10-cu turu – “Zəfər turu” çərçivəsində qarşılaşacağı “Keşlə” ilə matçın hazırlığını başa vurub.
Futbolinfo.az xəbər verir ki, bir günlük fasilədən sonra noyabrın 2-də hazırlığı bərpa edən komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə son məşqə çıxıb.
Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Sabah “ASK Arena”da keçiriləcək “Keşlə” – “Neftçi” matçına saat 19:00-da start veriləcək.