Digər idman növləri
“Neftçi” müntəzəm mövsümü qələbə ilə yekunlaşdırdı
“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 18-ci turunun üçüncü oyunu baş tutub.
Futbolinfo.az xəbər verir ki, “Sərhədçi” və “Neftçi” klublarının qarşılaşdığı oyunu “Neftçi” 73:69 hesablı qələbə ilə tamamlayıb.
Bu qələbə ilə “Neftçi” müntəzəm mövsümü 5-ci pillədə tamamlayıb və pley-offda “Xırdalan”ın rəqibi olub. Müntəzəm mövsümü 6-cı sırada bitirmiş “Sərhədçi” isə pley-offda “Xəzri” ilə qarşılaşacaq.
Ən məhsuldar basketbolçular “Sərhədçi”də Kaleb Hanter (20 xal, 11 ribaund), “Neftçi”də isə Ceyms Haforn (22 xal, 9 ribaund) olub.
Pley-off oyunları may ayında start götürəcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı