Premyer-liqa
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun son matçında “Neftçi” autsayder “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib.
Dörd qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər.
Xatırladaq ki, daha öncə “Turan Tovuz” “Səbail”i 3:1 hesabıyla məğlub edib, “Kəpəz” “Qarabağ”a (1:2), “Zirə” isə “Sabah”a (0:1) uduzub. “Araz-Naxçıvan” – “Sumqayıt” matçında isə qalib müəyyənləşməyib – 1:1.
Misli Premyer Liqası
20-ci tur
28 yanvar
“Neftçi” – “Qəbələ” 3:1
Qollar: Emin Mahmudov, 61-pen. Dieqo Valdes, 67. Brayan Moreno, 90+5 – Emil Səfərov, 87.
Qırmızı vərəqə: Zurab Oçiqava, 59.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli
“Neftçi Arena”, 17:30.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 41. Samir Həsənov, 16. Lukas Melano, 88. Brayan Moreno, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç
Qəbələ: 13. Kristof Atanqana, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev