Premyer-liqa
“Neftçi” – “Qarabağ” matçı ikinci oldu
Misli Premyer Liqasının XVI turunun “Neftçi” – “Qarabağ” oyununu (0:4) 7000 tamaşaçı izləyib.
Futbolinfo.az xəbər verir ki, bu, mövsümün ikinci göstəricisidir.
Yalnız “Sabah” – “Qarabağ” qarşılaşmasında (0:0) daha çox izləyici qeydə alınıb. XIV turun görüşündə 10000 seyrçi olub.
Daha 4 matçda 5000 və ya daha çox tamaşaçı olub. III turun “Turan Tovuz” – “Qarabağ” (0:2) oyununda 5800, I turun “Turan Tovuz” – “Qəbələ” (0:2), III turun “Sabah” – “Neftçi” (2:1) qarşılaşmalarında 5500, VI turun “Turan Tovuz” – “Kəpəz” (2:0) görüşündə 5000 seyrçi olub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub