Premyer-liqa
“Neftçi” “Qarabağ”a məğlub oldu
Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Turun və ilk dövrənin son qarşılaşmasında “Neftçi” əzəli rəqibi “Qarabağ”la üz-üzə gəlib və 2 cavabsız qolla məğlub olub.
Xatırladaq ki, daha öncə baş tutan oyunlarda “Zirə” “Turan Tovuz”a 2:1 hesabıyla qalib gəlibsə, “Qəbələ” evdə “Səbail”ə uduzub – 0:1. “Sabah” – “Araz-Naxçıvan” matçı da bərabərliklə yekunlaşıb – 1:1. “Sumqayıt” isə “Kəpəz”i məğlub yola salıb – 1:0.
Misli Premyer Liqası
9-cu tur
8 oktyabr
“Neftçi”– “Qarabağ” 0:2
Qollar: Juninyo, 46. Redon Cica, 88.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev
“Neftçi Arena”, 19:30.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki.
Baş məşqçi: Adrian Mutu.
Qarabağ: 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.