Ölkə futbolu
“Neftçi” “Səbail”lə oyuna bir itki ilə hazırlaşır
“Neftçi” Premyer Liqanın 23-cü turu çərçivəsində qarşılaşacağı “Səbail”lə oyunun hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, komanda üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıblar.
Əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində Rəhman Hacıyev iştirak etməyib. Əvəzində, Eddi İsrafilov və Fərid Yusifli fərdi yox, komanda ilə birlikdə məşq ediblər.
Qeyd edək ki, fevralın 18-də saat 17:30-da “Bakcell Arena”da keçiriləcək və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq matçın biletlərini “iTicket.az”ın satış məntəqələrində əldə etmək olar. “Bakcell Arena”nın kassalarında isə qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”