Ölkə futbolu
“Neftçi” “Sivasspor”a məğlub oldu
“Neftçi” Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda yerli “Sivasspor” klubu ilə qarşılaşıb.
“The Sign Esentepe Hotel & Ski Center”in stadionunda baş tutan görüş “ağ-qaralar”ın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.
Yeganə qolu matçın 18-ci dəqiqəsində İsaak Kofi vurub.
Xatırladaq ki, iyulun 6-da “Sakaryaspor”la qarşılaşmış (1:1) “Neftçi”nin ayın 15-dək təşkil olunacaq toplanış çərçivəsində daha bir sınaq matçı keçirməsi nəzərdə tutulub.
Yoxlama oyunu
11 iyul
Neftçi – Sivasspor 0:1
“Neftçi”: 1.İvan Brkiç, 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 5.Kenni Sayef, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (k), 11.Qodsvey Donyo, 14.Eddi İsrafilov, 19.Azər Salahlı, 23.Ataa Caber, 24.Yusuf Laval.
Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 93.Rza Cəfərov, 7.Azər Əliyev, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21.İsmayıl Zülfüqarlı, 26.Ömər Buludov, 27.Fərid Yusifli, 73.Ramin Nəsirli, 75.Nihad Qurbanlı, 82.Rüfət Abbasov.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”