Dünya futbolu
“Neftçi”dən ayrılan hücumçu rəsmən Kipr klubunda
“Neftçi” ilə yollarını ayıran Baqali Dabonun yeni iş yeri müəyyənləşib.
Fubolinfo.az xəbər verir ki, fransalı hücumçu öncədən də gözlənildiyi kimi, Kiprin “Apollon” klubuna transfer olunub.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Onun sözləşməsi 2022-ci ilin mayınadək nəzərdə tutulub. 32 yaşlı forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Baqali Dabo “Apollon”a azad agent kimi keçib. O, Azərbaycanda “Neftçi”dən öncə “Qəbələ”də də çıxış edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub