Dünya futbolu
Noyerlə yeni müqavilə bağlandı
Almaniyanın “Bayern” klubu rəsmi saytı vasitəsi ilə qapıçı Manuel Noyerlə müqavilənin uzadıldığını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, yeni müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
36 yaşlı futbolçu 2011-ci ildən “Bayern”də çıxış edir. O, 2017-ci ildən komandanın kapitanıdır.
Noyer 2021/22 mövsümündə Almaniya klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib, qapısından 36 top buraxıb.
O, “Bayern”lə 10 Almaniya çempionluğu, 5 Almaniya kuboku qazanıb və 6 dəfə Almaniya superkubokunun qalibi olub. Noyer həmçinin, iki dəfə Çempionlar Liqasının, Klublararası dünya çempionatının və Avropa superkubokunun qalibi adını qazanıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək