Ölkə futbolu
“Olimpiakos”la “Neftçi” üçün HİK
Futbol üzrə Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” komandasına iki oyunun nəticəsinə görə uduzsa, mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, artıq bu iki komandanın Avroliqadakı potensial rəqibi də dəqiqləşib.
“Neftçi” – “Olimpiakos” cütünün məğlubu Avroliqanın 3-cü təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə üz-üzə gələcək. Sözügedən komanda ÇL-in ikinci təsnifat mərhələsində İsveçin “Malmö” klubuna məğlub olub. İsveçdə baş tutan ilk oyunda Finlandiya çempionu 1:2 uduzub. Cavab görüşündə isə 2:2 hesabı qeydə alınıb.
“Neftçi” “Olimpiakos”a Yunanıstanda baş tutan ilk oyunda 0:1 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab qarşılaşması sabah Bakıda keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?