Dünya futbolu
Ovusu Kvabenanın son durumu açıqlandı
“Ferensvaroş”un zədələnən hücumçusu Ovusu Kvabenanın durumu müəyyənləşib.
Futbolinfo.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, Budapeşt klubunun idman direktoru Tamaş Haynal qanalı futbolçunun zədəsinin ciddi olduğunu söyləyib.
Klub rəsmisi onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını söyləyib. Onun sözlərinə görə, Ovusunun Avropa Liqasının 1/8 final mərhələsində ilk oyuna kimi hazır olacağı istisna edilmir. Bu mərhələnin görüşləri 9 və 16 martda keçiriləcək.
Ovusu ötən həftə Macarıstan çempionatının 18-ci turunda “Uypeşt”lə matçın (3:1) sonlarında top uğrunda mübarizə zamanı topuğundan ağır zədə alıb. Futbolçu meydanı xərəkdə tərk edib. O, bundan əvvəl debüt matçında – “Pakş”a qarşı görüşdə (3:1) komandasının ilk qolunu vurmuşdu.
Xatırladaq ki, Ovusu bu ilin yanvarında “Qarabağ”dan “Ferensvaroş”a keçib.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”