Dünya futbolu
Ozanlı “Eyndhoven”dən növbəti qələbə
Futbol üzrə Niderland birinci divizionunda 36-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Roda” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 2:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 90+3-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Eyndhoven” hazırda 57 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”