Müsahibə
Ozobiç xəbərimizi təsdiqlədi – Millimizdə oynamaq üçün pasportu hazırdı
“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç yeni müqavilə imzaladıqdan sonra ilk müsahibəsini futbolinfo.az saytına verdi. Azərbaycan milli komandasının yeni üzvü olacaq xorvat bu xəbərimizi də nəhayət, təsdiqlədi.
– Təlim-məşq toplanışı necə gedir?
– Məşqlər yaxşı gedir. Artıq iki həftədi hazırlıq keçirik. Hər şey qaydasındadır. Ümid edirəm ki, istədiyimiz kimi olacaq.
– Yeni yaradılan Konfrans Liqasında oynayacaqsız. ÇL-də olmamaq motivasiyanızı azaldacaq?
– Mən elə düşünmürəm. Çünki Avropa meydanlarında bütün turnirlər vacibdir. Biz Konfrans Liqasına da ciddi yanaşırıq və tam motivasiya olmuşuq. Yaxşı nəticə əldə etmək üçün çalışacağıq.
– Nisbətən zəif komandaların olması sizin işinizi asanlaşdıra bilər?
– Orada qrupa düşməyə çalışacağıq. Bunun üçün meydana çıxacağıq. İstənilən halda bu, avrokubokdur və vacibdir. Azarkeşlərimizi sevindirmək istəyirik.
– “Qarabağ”la niyə gec müqavilə imzaladın? Səbəb maliyyə şərtlərində anlaşa bilməmək idi?
– Bu suala cavab vermək istəmirəm.
– Artıq Azərbaycan millisində oynayacağın yazılır. Bu barədə nə deyə bilərsən?
– Bəli, mən artıq pasportu düzəltmişəm. Düşünürəm ki, hər şey yaxşı olacaq. Ümid edirəm ki, istədiyimiz şeylər alınacaq.
FƏRİD
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?