Bizi izləyin

Ölkə futbolu

Özünə təyinat yazan sədr, xurcunu çiynində olan departament rəhbəri

blank
blank

Qış fasiləsindən sonra hakim idarəçiliyi/VAR sisteminin tətbiqi ilə bağlı səhvlər artıb. Bu amillər birbaşa oyunların son nəticələrinə təsir edir! Kritik anlarda AFFA Hakimlər Komitəsinin rəhbəri Barış Şimşək futbol ictimaiyyəti qarşısına çıxarılır, bir epizoda 15 “variant” söylənilir və emosiyalar növbəti qalmaqallara kimi səngiyir…

Bir-iki baş məşqçi fəryad qoparır, dəstəyi olmayanlar bəzi hallarda öz günahlarından, digər məqamlarda haqsızlıqdan istefaya göndərilir, arxası olanlar isə nəticədən, oyun keyfiyyətindən asılı olmayaraq arxayın halda işlərini davam etdirirlər.

Yaxşı “metod” tapılıb. Klub rəhbərliyini təmsil edən əksər “baş üstələr”, futbolu bilməyənlər susur, havadarlarına xoş gəlməz hiyləsiylə vəzifələrini, yerlərini qoruyur. Narazılığı, etirazı, problemlərin qabardılmasını isə azarkeşlər, jurnalistlər, ekspertlər etməlidirlər…

Mətbuat konfranslarında hakimliklə bağlı fikir bildirilməsi qadağası da çoxdan unudulub. Belə durum futbolu yola verənlərə sərfəlidir. Futbolda ŞİMŞƏK çaxmasın deyə iş başında olanlara, çoxlarına sərf edəcək BARIŞ elan olunub. Çempionatda az sayda görüşləri çıxmaq şərtilə səviyyə, oyun keyfiyyəti orta Avropa futbolu ilə müqayisədə çox geriləyib…

Futbolun peşəkar tələbləri öz yerində, mənəvi məsuliyyət də yox dərəcəsindədir. Son təyinatlara nəzər yetirdikdə Barış Şimşək rəsmi inspektor qismində matçlarda görünür. FİFA-nın, UEFA-nın və AFFA-dakı eyni düşüncədə olan rəhbərlərinin “əlyeri”sindən istifadə edilir.

Bu məsələdə rəsmi qaydalar imkan verirsə, o demək deyil ki, bundan istifadə edilməlidir. Bacarıqları Barış Şimşəkdən heç də geri qalmayan, ehtiyacı olan yerli mütəxəssislərin 5-10 manatına da göz tikilir. Maaşı, müqaviləsi, təminatı yerində, hər bir şəraiti var… Barış bəyin… Məgər oyunlara getmək, hakimləri izləmək üçün mütləq rəsmi inspektor qismində səfərə çıxmalısan? Rəhbər belə olmur!

Onsuz da oyun sayı azdır, yerlilərin, “qara camaat”ın qəpik-quruşuna da göz tikmək türk qardaşımıza yaraşmaz! Ehtiyacı olmadığı halda belə məqamları özünə yaraşdırıbsa, deməli, niyyət yerində deyil, meydanda hakim idarəçiliyi, obyektivlik düşünülmür, ikinci plandadır…

Ölkə futbolunda son illər hakimlik adına münbit şərait yaradılıb. Heç bir təzyiq yox, əksinə, hakimlər düşünmədən özləri oyunlarda aqressivlik yaradır, meydanlarda hegemonluq iddiasına düşürlər. Barış Şimşəklə yanaşı tərcüməçi/departament rəhbəri (!) də “xurcun”unu çiyninə atıb, “bu oyun mənim, o oyun sənin” düşüncəsi ilə işə yanaşılırsa, qarşılaşmalarda VAR “var-yox”a qarışır…

blank

Azərbaycan hakimlik məktəbi hər zaman güclü olub. Bu gün də gənc hakimlərin potensialı görünməkdədir. Bu, təbii prosesdir, hər zaman belə olub. Yetər ki, onlarla düzgün iş aparılsın. Bacarıqlıların, istedadlıların inkişafı təmin edilməlidir! Özlərini matçlara təyin etməklə inkişaf, keyfiyyət dərəcəsi artmır!

AFFA-nın yeni, gənc baş katibi Sərxan Hacıyev də vaxtilə bir-iki “qram” hakimliklə məşğul olub. Özündə perspektiv görmədikdə istiqamətini dəyişib. Oyunlara rəsmi nümayəndə/inspektor kimi gedə bilər. Futbolda ŞİMŞƏK çaxmasın deyə BARIŞ elan olunubsa, “niyə də yox”?!

Belə yanaşma, millətin 5-10 manatına göz tikməklə çempionatın finişinə kimi hələ çox qalmaqallar baş verəcək. Futbolda zəlzələ gözlənilməməlidir – düşüncələr dəyişməlidir!

TAHİR SÜLEYMANOV, futbol mütəxəssisi, beynəlxalq dərəcəli hakim

blank

P.S.: Misli Premyer Liqasının cari mövsümündə Hakimlər Departmentini rəhbəri Cavid Cəlilov baş hakim kimi təyinat alır, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Barış Şimşək isə “Sumqayıt” – “Şamaxı” oyununda hakim-inspektor kimi iş başında idi.

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Digər idman növləri2024-04-27 13:55

Gənc taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

blank
Digər idman növləri2024-04-27 13:12

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

blank
Digər idman növləri2024-04-27 12:53

Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb

blank
Digər idman növləri2024-04-27 12:36

Hakim “Duty Free”də oğurluq edən zaman yaxalandı

blank
Digər idman növləri2024-04-27 12:15

“Fənərbağça” üstünlüyünü qoruya bilmədi

blank
Digər idman növləri2024-04-27 11:53

Almaniya qran-prisi təqvimə qayıda bilər

blank
Premyer-liqa2024-04-27 11:35

“Sabah” – “Səbail” matçının hakimləri müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-27 11:18

İnfantino “Qarabağ”ı təbrik edib

blank
Digər idman növləri2024-04-27 11:01

Donçiç və İrvinqin komandası seriyada önə çıxdı

blank
Dünya futbolu2024-04-27 10:44

“Lester” Premyer Liqaya qayıtdı

blank
Dünya futbolu2024-04-27 10:25

Konte yenə baş məşqçi olacaq

blank
Dünya futbolu2024-04-27 10:04

Enzo Fernandes üçün mövsüm erkən bitdi

blank
Digər idman növləri2024-04-27 09:44

Daha 3 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-27 08:28

İsveç VAR-dan imtina etdi

blank
Premyer-liqa2024-04-27 08:00

Tura Masazırda start verilir

blank
Dünya futbolu2024-04-27 01:14

“Real”ı Arda sevindirdi

blank
Dünya futbolu2024-04-27 01:05

“Nant” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-27 00:56

“Frozinone”dən darmadağın

blank
Dünya futbolu2024-04-27 00:42

“Hoffenhaym” səfərdən xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-27 00:31

Təbriz klubu İran kubokunun 1/4 finalında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm