Dünya futbolu
Pablo Mari “Montsa”da qalacaq
“Montsa” Pablo Marini heyətində saxlamağa qərar verib. İtaliya klubu “Arsenal”dan icarəyə götürdüyü ispan oyunçunu birdəfəlik transfer edəcək.
Futbolinfo.az xəbər verir ki, tərəflər arasında danışıqlar artıq yekunlaşıb. Futbolçu şəxsi müqaviləsinin detallarını razılaşdırdıqdan klublar 6 milyon funt sterlinqə keçidi tamamlayıb. Mövsüm bitən kimi rəsmi açıqlama veriləcək.
29 yaşlı yarımmüdafiəçi 2020-ci ildən “Arsenal”da olsa da, gününü icarələrdə keçirib. O, əvvəlki klublarında da bir mövsümdən artıq forma geyməyib. Mari ötən yay gəldiyi İtaliya A Seriyasında sabit oynamaq imkanı qazanıb və daha heç yerə getmək istəmr. Pablo “Montsa”yla 3 illik müqavilə imzalamaq niyyətindədir.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”