Premyer-liqa
PFL-dən “Neftçi”yə yubiley jesti
Azərbaycan Premyer Liqasında 20-ci turun oyun cədvəli məlum olub. Futbolinfo.az xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Bu turun “Neftçi” – “Qəbələ” oyunu saat 19:37-də start götürəcək. Bu, Peşəkar Futbol Liqasının “Neftçi”yə yubiley jestidir. Belə ki, martın 18-də bu klubun yaranmasının 85-ci ili tamam olacaq. PFL də məhz 1937-ci ildə yaranmış “Neftçi”yə jest edərək bu komandanın matçının startını 19:37 olaraq təyin edib.
Azərbaycan Premyer Liqası
20-ci tur
18 mart
“Keşlə” – “Sumqayıt”
“ASK Arena”, 17:00
“Neftçi” – “Qəbələ”
“Bakcell Arena”, 19:37
19 mart
“Sabah” – “Səbail”
“Bank Respublika Arena”, 16:45
“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu, 19:00.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək