Bizi izləyin

Dünya futbolu

Polşa yığmasındakı Kadi

blank
blank

“Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı qitənin bəzi klublarının diqqətini cəlb edir, ağdamlıların futbolçuları onların radarına düşür. Amma “Qarabağ”dan ayrılıb daha iddialı klublara keçərək səviyyəsini daha da artıran oyunçular, demək olar ki, yoxdur.

Bu mənada yalınz İbrahim Şehiçi istisna edə bilərik. Hazırda Türkiyənin “Konyaspor” klubunda çıxış edən bosniyalı qolkiper Superliqanın ən sabit və sanballı qapıçılarından sayılır.

Amma deyəsən, “Qarabağ” yaxınlarda böyük bombasını partladacaq. Fərq ondadı ki, “bomba”nı partladacaq oyunçu Ağdam klubundan ayrılmayacaq. Bəli, söhbət Kadi Borges Malinovskinin Polşa millisində mümkün çıxışından gedir. Elə bu prosesin reallaşmasının açar sözü də “Malinovski” hissəciyidir.

Məlum olduğu kimi, Polşa Futbol Federasiyasının funksionerləri “Qarabağ”ın “Lex”lə oyunlarına baxarkən bu soyada diqqət yetirib və araşdırmaları nəticəsində braziliyalı futbolçunun əslininin (atasının) Polşadan olmasını müəyyənləşdiriblər. Nəticədə Kadi ilə əlaqə saxlayaraq onunla yığmada oynamaq variantını müzakirə ediblər.

Artıq bəzi mənbələr Kadinin AÇ-2024-ün seçmə mərhələsində Polşa yığmasının heyətində oynaya biləcəyini yazır. Hər nə qədər Borges mətbuata açıqlamasında yenilik olmadığını söyləsə də, biz onu gələn ildən “ağ-qırmızı” formada görə bilərik. Kadinin müntəzəm olaraq Dünya və Avropa çempionatlarının final mərhələsində çıxış edən Polşa yığmasına fayda verib-verməyəcəyi ilə bağlı mülahizələrə keçməzdən əvvəl bunun “Qarabağ”a necə təsir göstərəcəyini müəyyənləşdirməyə çalışacağıq.

Əslində, Levandovski kimi hücumçunun çıxış etdiyi və yuxarıda da qeyd etdiyimiz kimi, müntəzəm olaraq böyük turnirlərdə oynayan millinin formasını geyinmək ancaq inkişaf göstəricisi olardı. Bu, bilavasitə “Qarabağ”ın oyununa da müsbət təsir göstərəcək. Əslində belə bir paraleli Monteneqero millisində oynayan Veşoviçlə Yankoviç arasında da aparmaq olar. Amma onlar öz yığmalarından qeyri-adi nəyisə “Qarabağ”a gətirmirlər. Əksinə, “köhlən atlar”ın heyətində özlərini yaxşı tərəfdən göstərdiklərinə görə milliyə dəvət alırlar.

Kadidə isə vəziyyət bir qədər fərqli olacaq. Böyük turnirlərin final mərhələsində oynamaqla bu futbolçunun ustalıq səviyyəsi də artacaq. Bu, təkcə güclü rəqiblərlə oyunda bərkdən-boşdan çıxmağa görə deyil. Ona qalsa, bizim futbolçular da hər seçmə mərhələdə Avropanın nəhəng komandaları ilə qarşılaşır. Yəni, onlarla oyunlar inkişifamıza birbaşa olaraq təsir göstərmir. Kadinin burada udacağı yeganə məqam Levandovski, Zelinski, Milik, Zalevski və Keş kimi futbolçularla birgə məşq etməsi olacaq.

Əslində, bu proses “Qarabağ” üçün yenilik olmayacaq. “Qarabağ”da oynayarkən Ansi Aqolli də Albaniya millisinə dəvət alırdı. O, hətta bu komanda ilə AÇ-2016-ya vəsiqə qazandı. Bu azmış kimi Albaniya millisini qitə birinciliyinin final mərhələsində meydana kapitan kimi çıxartdı. Xatırlayırsınızsa, həmin vaxtda ölkəmizdə əsas mövzulardan biri də Aqollinin Albaniya yığmasındakı çıxışı idi. Hətta Ansiyə görə albanlara azarkeşlik edənlərimiz də var idi.

Amma Kadinin vəziyyəti ilə Ansinin durumunu müqayisə etmək bir qədər qüsurludur. Əvvəla, yuxarıda da qeyd etdiyimiz kimi, Polşa yığması Albaniya yığmasından daha güclü komandadır. Canni de Byazinin ovaxtlar çalışdırdığı komanda tarixində ilk dəfə bu uğura imza atmışdısa, Polşa üçün bu, adi haldır. Bununla yanaşı, Aqolli karyerasının qürub çağında bu sevinci və həyəcanı yaşadı. Kadinin isə gələcəyi hələ qabaqdadır. 26 yaşlı futbolçu ən azı 6-7 il də belə yüksək səviyyədə çıxış edə bilər. Həm də Ansi Azərbaycana gələnədək yığma üzvü idisə, Borges ölkəmizdə inkişaf etdikdən sonra diqqət mərkəzində düşüb.

Burada sadəcə, “Qarabağ” əleyhinə işləyən bir məqam var. Seçmə və final mərhələlərində özünü göstərməklə Kadi tez bir zamanda Avropanın aparıcı komandalarının diqqətini cəlb edə bilər. Təbii ki, bu, yenə “Qarabağ”a böyük pullar qazandıracaq. Amma Kadinin başqa kluba satlılmasından sonra onun Azərbaycan futbolu ilə əlaqəsi tam itəcək. Riçard Almeyda və ya Filip Ozobiç kimi yığmamızda oynamır ki, hara gedir-getsin seçmə mərhələlərdə gözümüzün qabağında olsun. Ona görə də gələcəkdə Polşa millisinin oyunlarına baxarkən, Malinovskiyə özümüzkü kimi baxa bilməyəcəyik.

Doğrudur, Kadi “Qarabağ”la müqaviləni daha 5 il müddətinə yenilədi. Amma bu gedişlə onun müştəriləri birəbeş artacaq. Əlbəttə, bunun üçün haqqında danışdığımız futbolçu gərək özünü Polşa yığmasında göstərməyi də bacarsın. Görəsən, o buna nail olacaqmı? Polşalıların oyun üslubu braziliyalı oyunçuya uyğun gəlirmi? Sualı əksinə də qoymaq olar: Kadinin oyun tərzi Polşa millisinə nə dərəcədə uyğundu? Bununla yanaşı, yarımmüdafiənin sağ cinahında o, kiminlə rəqabət aparacaq?

Bu suallara cavab verməzdən əvvəl onu qeyd edək ki, bu yerdə Kadi ilə Mahir Emrelini bir məqam birləşdirir. Hər ikisi “Qarabağ”da parladıqdan sonra Çeslav Mixneviçin komandasına üz tutur. Mahir Mixneviçin o vaxt çalışdırdığı “Legiya”da oynamaq imkanı qazandısa, Borges bu məşqçinin “sükanı arxasında” olduğu Polşa yığmasına dəvət alacaq. Doğrudur, Mahir gedəndən sonra “Legiya” avrokuboklarda pis təsir bağışlamasa da, ölkə çempionatında bərbad oyununa görə Mixneviçlə vidalaşdı. Polşa millisi isə indiki məqamda Çeslavla yollarını ayırmaq fikrində deyil. Çünki bu məşqçi 1986-cı ildən sonra ilk dəfə Polşa yığmasını Dünya Çempionatında 1/8 final mərhələsinə daşıdı.

Böyük ehtimalla, Mixneviç bu komandanı Avropa Çempionatının final mərhələsinə də daşıyacaq. Çünki seçmə mərhələdə E qrupunda mübarizə aparacaq “ağ-qırmızılar” Çexiya, Albaniya, Farer adaları və Moldova milliləri ilə qarşılaşacaq. Bu qrupda isə ilk iki pilləni tutmaq kifayətdir. Polşa üçün çox münasib qrupdur.

Hamımız yaxşı bilirik ki, Kadi hücumçun arxasında oynamağı bacarsa da, sağ cinahda özünü suda balıq kimi hiss edir. Onun Polşa millisində mərkəzdə oynamaq şansı “sıfır”a bərabərdir. Amma hücumun sağ cinahında görünə bilər. Məsələn, dünya çempionatında Mixneviç ilk turda Meksika və pley-offda Fransa ilə oyunda Yakub Kaminskiyə şans verdi. Səudiyyə Ərəbistanı və Argentina ilə oyunlarda isə Zelinski ora yuvarlanmışdı. Təbii ki, rəqabət planında Kadi “Volfsburq” və “Napoli”nin futbolçularının həndəvərində dayana bilməz.

Amma bir məsələ də var ki, bu futbolçular da vinger funksiyasını layiqincə yerinə yetirə bilmir. Bəli, sürətlidirlər və qüvvətli zərbələri var, amma driblinqlə cərimə meydançasına diaqonal daxil olub rəqib oyunçuları arxasınca apara bilmirlər. Çünki bu komanda ənənəvi 4-4-2 taxtiki sxemiylə oynayır. Kadi isə 4-3-3-ün məhsuludur. Bu, braziliyalı futbolçunun üstünlüyüdür. Belə olan məqamda, Mixneviç ya Kadiyə görə 4-3-3 sxeminə keçməlidir, ya da Borges 4-4-2 sistemində oynamağa məhkum edilməlidir. Kadi Neymar deyil ki, ona görə taktika dəyişsin. Yəqin ki, Kaminski və ya Zelinski ilə həmin mövqe uğrunda mübarizə aparacaq.

Əslində, Kadi Zelinski ilə hücumçunun arxasında oynamaq planında da rəqabət apara bilər.  Amma bu futbolçular meydanda eyni vaxtda müxtəlif mövqeləri bölüşdürməyi də bacarar. Sadəcə, bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır: Polşa millisində Kadi üslubunda oyunçu yoxdur. Doğrudur, orada əksəriyyətinin səviyyəsi “Qarabağ”ın futbolçusundan yüksəkdir. Söhbət sadəcə, oyun üslubundan gedir. Əslində, Borges bir qədər “artırsa”, bu, Polşa yığmasına fayda verə bilər. Çünki bu tip oyunçuya ehtiyacları var. Amma Polşa hibrid futbolu oynamasa və yenə də klassik üsluba sadiq qalsa, braziliyalı futbolçu üçün bu komandada oynamaq çətin olacaq.

Təbii ki, bütün bunlar nəzəriyyə olaraq qalır. Hələ heç Malinovskinin Polşa vətəndaşlığı alması rəsmiləşməyib. Polşa futbol funksionerlərindən bu barədə açıqlama verən də olmayıb. Bunları biz Polşa mətbuatı və ya Kadinin özündən eşidirik. Proses yekunlaşmayıb. Bizə sadəcə, gözləmək qalır. İstənilən halda, Kadi “Qarabağ”ı təmsil edən polşalı futbolçu olsa və ya sonradan başqa komandaya satılsa, yenə də bundan “Qarabağ” qazanacaq.

ABBAS

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqarannı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Ölkə futbolu2024-04-26 14:38

Yüksək Liqa təmsilçisi çempionatdan kənarlaşdırıldı

blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Ölkə futbolu2024-04-26 13:44

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

blank
Ölkə kuboku2024-04-26 13:30

“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək

blank
Premyer-liqa2024-04-26 13:17

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

blank
Digər idman növləri2024-04-26 13:00

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlandı

blank
Digər idman növləri2024-04-26 12:42

Formula 1 tarixinin ən böyük konstruktoru komandadan gedir

blank
Ölkə futbolu2024-04-26 12:25

Mahir Emrelidən milliyə dəstək, Hidayət Heydərova hədiyyə

blank
Müsahibə2024-04-26 12:11

Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”

blank
Dünya futbolu2024-04-26 11:54

Stadionun yanında bomba tapıldı

blank
Dünya futbolu2024-04-26 11:39

Dünyanın 10 ən yaxşı qapıçısı

blank
Ölkə futbolu2024-04-26 11:24

AFFA “Neftçi”nin istəyini rədd etdi

blank
Digər idman növləri2024-04-26 11:07

Embiidin 50 xalı Filadelfiya komandasını seriyada önə çıxartdı

blank
Digər idman növləri2024-04-26 10:50

“Real” fərqi artırdı

blank
Digər idman növləri2024-04-26 10:32

Zaqrebdə növbəti sınaqlar

blank
Ölkə futbolu2024-04-26 10:17

Samir Abasov Laporta ilə görüşdü

blank
Digər2024-04-26 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-26 09:42

Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir

blank
Digər idman növləri2024-04-26 09:25

“Ferrari” ilə HP arasındakı müqavilənin dəyəri

blank
Ölkə futbolu2024-04-26 09:08

“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”

blank
Digər idman növləri2024-04-26 08:51

Basketbolçular məktəbdə sorğu-suala tutuldu

blank
Dünya futbolu2024-04-26 08:34

Muslera milli karyerasını başa vurdu

blank
Dünya futbolu2024-04-26 08:17

Musa Qurbanlı oynamadı, komandası uduzdu

blank
Ölkə futbolu2024-04-26 08:00

Juninyo – Avropanın ən yaxşı braziliyalısı

blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm