Dünya futbolu
Portuqaliyalı hücumçu “Liverpul”un tarixinə düşdü
“Liverpul” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Danimarkanın “Midtyulland” klubunu məğlub edib – 2:0.
Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşmada hesabı açan Dioqo Jota həm də Mersisayd klubunun tarixinə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, portuqal hücumçu “Liverpul”un tarixində 10 mininci qola imza atıb.
“Liverpul” Çempionlar Liqasının D qrupunda 6 xalla liderdir. “Atalanta” 4 xalla 2-ci, “Ayaks” 1 xalla 3-cü, “Midtyulland” isə 0 xalla sonuncudur.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub