Dünya futbolu
Premyer Liqada bunu bacaran ilk braziliyalı oldu
“Everton” klubunun hücumçusu Riçarlison İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu 29-cu turun “Vest Bromviç”lə səfər matçında (1:0) komandasına qələbə qazandıran qolun müəllifi olub.
Bununla da Riçarlison İngiltərə çempionatında ardıcıl 4 oyunda qol vurmağa nail olub. O, Premyer Liqada iştirak edən braziliyalılar arasında bunu bacaran ilk futbolçudur.
Riçarlison 2018-ci ildən “Everton”da çıxış edir. 23 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 22 oyunda 6 qol vurub. Hücumçu Braziliya yığmasının da üzvüdür.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?